Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

Azərbaycanla Ermənistanla arasında sülh təkcə Cənubi Qafqazda deyil, hətta qlobal səviyyədə ciddi töhfələr verəcək.

DogruXeber.tv xeber verir ki, bunu APA-nın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, yaranmış müsbət siyasi atmosferdən ən yüksək səviyyədə bəhrələnmək lazımdır: "Ümid edirik ki, son mərhələlər də tamamlanacaq və davamlı sülhün əldə olunmasını hamımız birlikdə görəcəyik. Hazırda müəyyən bir siyasi atmosfer formalaşıb. Sülhün tam şəkildə təmin olunması ilə Cənubi Qafqaz tamamilə yeni bir mühitə qovuşacaq. Beləliklə, hər kəs qazanacaq. Qarabağ artıq Azərbaycanın bir hissəsi kimi yenidən qurulur. Bu istiqamətdə böyük investisiyalar qoyulub, çox işlər görülüb. Bunlar hamımız üçün önəmlidir və proses hələ də davam edir. Orada artıq xeyli irəliləyiş əldə olunub”.

Cevdet Yılmaz qeyd edib ki, Türkiyə, Azərbaycan və Ermənistan, ümumilikdə isə Cənubi Qafqaz regionu bundan fayda əldə edəcək.

"Digər tərəfdən, Zəngəzur dəhlizi çox böyük əhəmiyyət daşıyır. Bu sülhlə birlikdə Azərbaycanla Türkiyə arasındakı əlaqə daha da güclənəcək. Eyni zamanda, Avropa ilə Asiya arasındakı əlaqə də möhkəmlənəcək”, - o əlavə edib.

Oxunub: 32

Son xəbərlər

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Bütün xəbərlər