gundem / siyaset
2.06.2026
Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var
“Ukraynaya hərbi dəstək və Rusiya əleyhinə sanksiyalar ən qısa müddətdə müharibəni dayandırmağın ən etibarlı yoludur”.
DogruXeber.tv xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində Macarıstan Baş naziri Peter Madyarla birgə mətbuat konfransında deyib.
“Ukraynaya dəstəyi azaltmayacağıq. Çünki bu, prosesə təsir göstərir. Buna görə də, sanksiyalar, eləcə də Ukraynaya hərbi dəstək bu müharibəni mümkün qədər tez bitirmək üçün ən doğru vasitələrdir”, - Kansler vurğulayıb.



