gundem / siyaset / dunya
22.06.2023, 15:30
Almaniya kansleri Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti vəd etdi, lakin NATO-ya tez daxil olmayacağını söylədi
"dogruxeber.tv" Reuters-ə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Scholz cümə axşamı günü Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti vəd edib, lakin Kiyevin NATO-ya tezliklə üzvlük ümidini puça çıxarıb.
"Biz hazırkı vəziyyətə ayıq nəzər salmalıyıq" deyən Scholz parlamentdə çıxışı zamanı alman qanunvericilərə bildirib və əlavə edib ki, Kiyev hökuməti müharibə davam etdikcə ölkənin NATO-ya üzv ola bilməyəcəyini etiraf edib.
“Buna görə də mən təklif edirəm ki, biz əsas prioritet (iyulun ortalarında NATO-nun Vilnüsdə keçiriləcək sammitində), yəni Ukraynanın hərbi qüdrətinin gücləndirilməsinə diqqət yetirək”, - Almaniya kansleri bildirib.
Onun sözlərinə görə, Berlin və onun G7 və Avropa İttifaqındakı tərəfdaşları Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri üzərində işləyirlər.
“Bizim məqsədimiz... müasir Qərb silahlarının köməyi ilə də daxil olmaqla, Ukraynaya davamlı hərbi dəstək və Rusiyanın təcavüzünə qarşı özünü müdafiə edən Ukraynanın iqtisadi dayanıqlığını gücləndirməkdir”, o deyib.
NATO ölkələri iyulun 11-12-də alyans liderlərinin Vilnüsdə görüşəcəyi zaman Kiyevə nə təklif edəcəyi ilə bağlı mübahisə edir.
Kiyev və onun Şərqi Avropadakı ən yaxın müttəfiqləri Ukraynanı üzvlüyə yaxınlaşdırmaq üçün konkret addımlar atmağa çağırsa da, ABŞ və Almaniya kimi Qərb hökumətləri alyansı Rusiya ilə müharibəyə yaxınlaşdıra biləcək hər hansı addımdan ehtiyatlanır.
dogruxeber.tv
Jalə Asiman


