gundem
1.05.2026, 11:45
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

Milli Məclisin plenar iclasının gündəliyi dəyişib.
Dogruxeber.tv Report-a istinadən xəbər verir ki, bu barədə sədr Sahibə Qafarova bugünkü iclasda məlumat verib.
O qeyd edib ki, iclasın gündəliyində 9 məsələ var.
"Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələyə baxacaq", - sədr vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.


