gundem / hadise
30.04.2026, 15:45
Prezident idmançıları qəbul edib

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


