Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Xaricdə təhsil alan şəxslərin diplomlarını ölkəmizdə tanıdacağını və eyni zamanda ucuz mənzillər satacağı adla külli miqdarda dələduzluq edən Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun məhkəməsi başlayıb.

DogruXeber.tv -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Nəsirov ifadə verib.

"2017-2018-ci illər ərzində Təhsil Nazirliyinde xarici diplomların tanınması ilə əlaqədar ekspert vəzifəsində, 2018-2024-cü iller zində Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə, sonuncu dəfə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi müfəttişi vəzifsində çalışmışam. Təxminən 2023-cü ilin oktyabr ayında maklerlik fəaliyyəti ilə məşğul olan tanışım Tural Əhmədov mənə bildirdi ki, Ayna Sultanovanın heykəlinin arxasında, Səttar Bəhlulzadə küçəsində yerləşən "Mahal" MTK tərəfindən inşa edilmiş "Nar Residence" adlı binada ucuz qiymətə mənzillər hazırda satışdadır. Guya həmin mənzillərin sahibləri hazırda vergi borcları olduğundan ucuz qiymətə satmaq macburiyyətindədirlər. Mən də bu barədə Nicat Əhmədliye dedim və o mənə 110 min manat pul verdi. Ona dəymiş ziyanın müəyyən hissəsini - 60 mini hissə-hissə olaraq ödəmişəm.

Həmin mənzillərin ümumi dəyəri 240 min idi".

Zərərçəkmiş Nicat Əhmədli isə bildirib ki, təqsirləndirilən şəxslə ortaq dostların vasitəsilə tanış olublar:

"Maqsud mənə dedi ki, yaranmış vergi borclarına görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsadirə edilmiş evlərin hərrac yolu ilə satılmasını təklif etmişdi. Ümumi vəziyyəti soruşanda mənə müxtəlif bəhanələr gətirdi. Mən sonra ondan şikayət etdim və 52 min 500 manatını qaytardı. Mənə dəymiş ziyanın tam ödənilməsini tələb edirəm".

Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.

Maqsud Nəsirova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə 6 zərərçəkmiş var dəymiş ziyan isə 400 min manatdan çoxdur.//32gun.az

Oxunub: 2

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər