Məktəb direktoru Təhsil İdarəsinin baş məsləhətçisini “dalan”a dirədi: “Mənə zəng edib, dedi ki…” – Məhkəmə qalmaqalı













Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən “Amerikapress.com” saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zəminə Əsədova ifadə verib.
Hakim deyib ki, Z.Əsədova müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə dəvət edilib.
O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunda baş məsləhətçi vəzifəsində çalışır. Z.Əsədova dindirilən zaman təqsirləndirilən şəxsi tanımadığını deyib: “Mən Rauf Sultanovun 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almasından xəbərsizəm. İlk dəfə bu barədə mart ayında mətbuatda oxudum. Həmin zaman mənim adımın orada qeyd edildiyini gördüm. Buna görə çox təəssüfləndim”.
R.Sultanov söyləyib ki, N.Məmmədova haqqında mətbuatda məlumatları Z.Əsədova sifariş verib: “Bu iki şəxs arasında prinsip var. Mənə bir xanım zəng edib özünü Zəminə xanım kimi təqdim etdi. O, 187 saylı orta məktəbdə korrupsiya hallarının baş verdiyini bildirdi. Zəminə xanımın üzünü görməmişəm, amma səsini hazırda oxşadıram. Əminəm ki, mənə zəng edən qadın bu xanım – Zəminə Əsədova idi”.
Z.Əsədova təqsirləndirilən şəxsin dediklərini təkzib edib.
N.Məmmədova arayış verən zaman vurğulayıb ki, Z.Əsədova ona zəng edib 500 manat borc pul istəyib: “Mən də məktəbdə olmadığımı dedim. Zəminə xanım isə mənə “utanmırsan məktəbdə ola-ola yalan danışırsan” söylədi. Buna görə çox utandım. Səhəri günü isə jurnalistlər mənə zəng edib hədələməyə başladı”.
Z.Əsədova isə N.Məmmədovanın sözlərini təsdiqləməyib.
İttiham aktına əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.
O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.
R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bütün xəbərlər