gundem / dunya
11.06.2026
Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi
Kanadada "Air Canada" hava yolu şirkətində təxminən 17 il ərzində sərnişin daşımaq üçün zəruri olan lisenziyasız 900-dən çox uçuş həyata keçirən pilotun saxlanıldığı bildirilib.
DogruXeber.tv xarici mediaya istinadən xəbər verir ki, Ontario əyalətinin polisi tərəfindən yayılan rəsmi açıqlamada pilotun sənədlərində qeyri-qanuni hallar aşkarlandığı və bunun nəticəsində araşdırmanın başladığı qeyd olunub.
Açıqlamada bildirilir ki, "Geoffrey Wall"un "Commercial Pilot License" (CPL-A) mövcud olsa da, "Airline Transport Pilot License" (ATPL-A) olmadığı, 2009-cu ildə lisenziyasız olaraq hava yolu pilotu kimi fəaliyyətə başladığı və 2025-ci ildə təqaüdə çıxdığı vurğulanıb.



