gundem / Cəmiyyət
27.06.2023
Dünyanın ən ağıllı adamı: İllərdir tək biletlə uçur!
Deyilənə görə, 1990-cı ildə ABŞ-da “bütün uçuşlarda ömürlük uçuş bileti” alan bir şəxs bəlkə də dünyanın ən yaxşı investisiyalarından birini edib.
"dogruxeber.tv"ın haberglobal-a istinadən məlumatına görə, Nyu Cersili Tom Stukerin 290 min dollara aldığı biletlə cəmi bir ildə 2,5 milyon dollarlıq səyahət etdiyi bildirilir.
Bildirilir ki, Tom Stuker adlı amerikalı 1990-cı ildə American United hava yollarından 290 min dollara “ömürlük bilet” alıb və ümumilikdə 37 milyon kilometrdən çox uçuş edib.
100-dən çox ölkəyə uçan Stukerin Aya onlarla dəfə getmək üçün kifayət qədər məsafə qət etdiyi bildirilir.
Təkcə 2019-cu ildə 373 dəfə uçuş həyata keçirən Stukerin builki səfərləri üçün aviaşirkətə iki milyon yarım dollara başa gəldiyi bildirilir.
ABŞ mətbuatı 69 yaşlı kişinin qənaət etdiyi milyonlarla uçuş milləri ilə aviaşirkətdən yüz minlərlə dollar hədiyyə aldığını və lüks otellərdə krallar kimi yaşadığını yazıb.
100-dən çox ölkəyə gedən və inanılmaz rekord qıran adam 1990-cı ildə aldığı bileti “həyatımın ən yaxşı sərmayəsi” adlandırır.
Təkcə 2019-cu ildə 373 dəfə uçuş etdiyini bildirən 69 yaşlı Stuker, bu günün pulu ilə 2019-cu ildə hava səyahətinin təxminən 2,5 milyon dollara başa gələcəyini qeyd etdi.
Simple Flying internet saytına görə, limitsiz uçuş hüququndan maksimum istifadə etdiyini bildirən Stuker, 2009-cu ildə 8 milyon kilometr, 2019-cu ildə isə 16 milyon kilometr sərhədi keçərək qırılması çətin olan rekordu qırdı.
dogruxeber.tv
Kamal Əsgərov


