Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin psixoloqlar qrupunun keçmiş rəhbəri, tanınmış psixoloq Rafiq Allahverdiyev dələduzluqda ittiham olunur.

Ona qarşı iddianı Rusiya vətəndaşı olan Diana Cəmilova və qardaşı Ruslan Cəmilov irəli sürüblər.

Onlar bildiriblər ki, 10 il əvvəl R.Allahverdiyevə mənzil satıblar, lakin indiyədək pulunu tam ala bilməyiblər. Cəmilovların sözlərinə görə, keçmiş məmur alqı-satqı zamanı verdiyi vədini yerinə yetirməyib: “Nə evimizdən çıxır, nə də pulumuzu verir”.

Səsləndirilən iddialarla bağlı saytımıza danışan Rafiq Allahverdiyev ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, D.Cəmilova və R.Cəmilov məsələni təhrif edirlər:

“Mən 2016-cı ildə, Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində Cəmilova Diana Vaqif qızından mənzil aldım. Mənzili 60 min manat olaraq dəyərləndirdik. Mən qiymətin 50 min 500 manatını ödədim və yerdə 9 min 500 manat qaldı. Bizim şərtimiz belə oldu ki, o, mənzili mənim adıma sənədləşdirdikdən sonra məbləği tam şəkildə ödəyim. D.Cəmilova və qardaşı Ruslan Rusiya vətəndaşıdılar və ora getdilər. İllər keçəndən sonra mən onları Sumqayıt Şəhər Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və daha sonra Ali Məhkəməyə verdim. Hər 3 məhkəmənin qərarı mənim xeyirimə çıxdı”.

R.Allahverdiyev əlavə edib ki, məhkəmələrin müvafiq qərarından sonra Diana Cəmilova və qardaşı müxtəlif sosial şəbəkələrdə böhtan xarakterli paylaşımlar etməyə başlayıblar:

“Qərara əsasən, mənzil özəlləşdirilməli və mənim adıma sənədləşdiriləndən sonra yerdə qalan məbləğ ödənilməlidir. Həmin bu məhkəmə qərarından sonra Diana Cəmilova və qardaşı sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar. Hardasa 3 ildən çoxdur ki, onlar ölkəyə gəlmirlər. Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsi onlar barədə axtarış elan edib. Onlar hətta məhkəməyə müraciət edən zaman iddia etmişdilər ki, guya mən ümumiyyətlə pul ödəməmişəm. Amma məhkəmə prosesində notarial qaydada təsdiq olunmuş sənədlər və Ruslanın qayınatasının ifadələri onların iddiasının tamamilə yalan olduğunu üzə çıxardı”./xalq.online

Son xəbərlər

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Bütün xəbərlər