Beyləqanda Heydər Əliyev parkının ərazisi satılıb













Beyləqan rayonundakı Heydər Əliyev parkının müəyyən əraziləri hələ 2011-ci ildə satılıb”. Bunu Beyləqan sakini, 2014-cü ilə kimi Beyləqan Rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri olmuş Zakir Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu satışla bağlı iki sənəd verilib, sənədin biri 2011-ci ildə 24 sot sahəyə, digəri isə 203-cü ildə isə 34 sot sahəyə aiddir.

Amma hüquq şöbəsinin keçmiş müdiri iddia edir ki, vəzifədə olduğu müddətdə bu sənədlər üzə çıxmayıb: “O zaman həmin sənədlərdən xəbərsiz olmuşam, bu sənədlərin varlığından belə xəbərim olmayıb. Həmin vaxtlar 30-40 alqı-satqının, demək olar ki, yarısı mənim xəbərim olmadan reallaşdırılıb. Yalnız mən vəzifədən azad olunduqdan sonra bu alqı-satqılarla bağlı sənədləri üzə çıxarıblar. Deməyim odur ki, bu sənədlər saxtadır, ərazi istirahət parkı olduğu üçün alqı-satqı obyekti ola bilməz”.

Z.Mehdiyev deyir ki, bu parka 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra onun adı verilib və xatirəsi əbədiləşdirilib. Buna qədər isə Beyləqan şəhərinin Mədəniyyət və İstirahət Parkı kimi tanınıb.

Z.Mehdiyevin sözlərinə görə, bu ərazilər rayonun iş adamı Vaqif Abdullayev tərfindən alınıb, həmin ərazidə çoxsaylı şam ağacları kəsilib, sahə hasarlanıb: “Bu, həm də şəhərdə insanların istirahət yerinin əlindən alınmasıdır və ona görə bu alqı-satqı bir çox adamlarda narazılıq yaradıb.

Hüquq şöbəsinin keçmiş müdirinin sözlərinə görə, həmin əraziləri alqı-satqı obyekti edə bilməkdən ötrü mənzil istismar idarəsinin burada yerləşən 30 kvadratmetr ərazisini əsas götürüblər: “Deməli, həmin 30 kvadratmetr yer üstünə əlavə olaraq 5800 kvadratmetr yer qanunsuz satılaraq zəbt edilib”.

Z.Mehdiyev bildirir ki, bu məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətində olub, vəziyyəti rayon rəhbərliyinə çatdırıb və məhkəmə iddiası qaldıracağını bildirib.

Parkın ərazisinin bütünlükdə 4 hektar 21 sot olduğunu deyən keçmiş şöbə müdiri iddia edir ki, indi bunun 3 hektardan çoxu yoxdur: “Bunu rayonun yeni icra başçısı Asif Ağayevə də dedim. O da tikinti şöbəsinin məsullarından bu ərazilərdəki vəziyyəti xəbər aldı. Cavab da belə oldu ki, bu ərazilərin bir hissəsi mənzil tikintisinə verilib, bir hissəsi rayon polis şöbəsi binasının, uşaq bağçasının tikintisinə ayrılıb, bir hissəsi də sahibkara verilib”.

Parkın ərazisinin qanunsuz satılması iddiası ilə Z.Mehdiyev 2018-ci ildə Beyləqan Rayon Məhkəməsində iddia qaldırıb, amma məhkəmə iddianı rədd edib: “Bundan irəli gələrək, Beyləqan Rayon Məhkəməsinin qərarından Şirvan İnzibati İqtisadi Məhkəməsinə müraciət etdim. Burada da Beyləqan Rayon Məhkəməsi haqlı sayıldı. Bundan sonra Ali Məhkəməyə müraciət etdim və Ali Məhkəmə 2018-ci il dekabrın 27-də qəbul etdiyi qərarla iddiamı qismən təmin etdi”.

Z.Mehdiyev deyir ki, Ali Məhkəmə işi baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərib: “Amma Şirvan Apellyasiya Məhkəməsi prosesə baxılma vaxtını hələ müəyyən etməyib”, deyə keçmiş şöbə müdiri bildirir.

Deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək səylərimizə baxmayaraq, bu, mümkün olmayıb.(Turan.az)

Oxunub: 837

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər