gundem
17.01.2019, 13:58
Nazir Abşeronda vətəndaşlarla görüşəcək

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Abşeronda vətəndaşları qəbul edəcək.
Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qəbulda Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı, şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkının ərazisi) başlanacaq.


