gundem / hadise
5.06.2026
49 nəfər səhrada susuzluqdan öldü

Nigerin qərbində yerləşən səhrada baş verən faciə nəticəsində 49 nəfər susuzluqdan həyatını itirib.
DogruXeber.tv bildirir ki, Hadisə Assamaka yaşayış məntəqəsindən təxminən 80 kilometr aralıda yerləşən ucqar ərazidə baş verib. Həlak olanların cəsədləri kütləvi məzarlarda dəfn edilib.
Məlumata görə, faciəyə səyahət edən qrupun istifadə etdiyi nəqliyyat vasitəsinin xarab olması səbəb olub.
Səhranın ortasında, son dərəcə yüksək temperatur şəraitində və içməli su olmadan çıxılmaz vəziyyətdə qalan insanlar sağ qala bilməyiblər.
Qrupdan yalnız iki nəfər xilas ola bilib. Sağ qalanlar su mənbəyinə çatmaq və kömək çağırmaq üçün uzun məsafə qət ediblər.


