hadise
25.07.2019, 10:54
Bilgəh çimərliyində dəhşət — 2 ölü, 1 itkin və 4 nəfər

Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində yenə də insan ölümü ilə nəticələnən faciə baş verib.
dogruxeber.tv bildirir ki, qeyri-çimərlik (nəzarətsiz) ərazidə bir nəfər batıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Olay şahidlərinin verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.
Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.
Baş verən hadisələrin gürüntülərini təqdim edirik.(baku.ws)


