Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət

DogruXeber.tv xəbər verir ki,aprel ayından etibarən Azərbaycanda Bolt istifadəçiləri Bolt Plus xidmətinə abunə ola biləcəklər. Aylıq 4,99 AZN abunə haqqı ilə təqdim olunan bu xidmət istifadəçilərə taksi və çatdırılma sahəsində əlavə üstünlüklər təqdim etməklə yanaşı, gündəlik səfərlərdə həm vaxta, həm də pula qənaət imkanı yaradır.

Bolt Plus üzvləri seçilmiş restoran və mağazalardan minimum sifariş məbləğini keçən sifarişlərdə çatdırılma haqqı ödəmədən sifariş verə biləcəklər. Bu, istifadəçilərə hər sifarişdə əlavə üstünlüklərdən yararlanmağa imkan verir. Bundan əlavə, Bolt Plus üzvlərinin sifarişlərinə prioritet verilir və bu da sifarişlərin daha tez çatdırılmasını təmin edir.

Bolt Plus üzvlüyü həmçinin taksi xidmətləri üçün də üstünlüklər təqdim edir. Bolt vasitəsilə sifariş verən istifadəçilər üçün prioritet xidmət təqdim olunur. Müştərilər həmçinin hava limanı, planlaşdırılmış və premium səfərlər üzrə 15% cashback, bütün digər kateqoriyalar üzrə isə 10% cashback əldə edirlər. Bu məbləğ Bolt Balance hesabına köçürülür və ödəniş üsulu kimi istifadə oluna bilər.

Bolt Food-un Azərbaycandakı ofisinin rəhbəri Dilarə Tomtiyeva bildirib:
“Bolt Plus, istifadəçilərimizin Bolt ilə təcrübəsini daha da yaxşılaşdırmaq üçün təqdim etdiyimiz növbəti addımdır. Bu xidmət vasitəsilə gündəlik ən çox istifadə olunan Bolt xidmətlərini əhatə edən əlavə üstünlüklər təqdim edir və istifadəçilərə həm vaxta, həm də pula qənaət etməyə imkan yaradırıq.”
Bolt Plus üzvlərinin çatdırılma haqqı ödəmədən sifariş verə biləcəyi restoran və mağazalar tətbiqdə “+” işarəsi ilə qeyd olunur. Bundan əlavə, istifadəçilər xidmət haqqına endirim və “Bolt+ həftələri” çərçivəsində tərəfdaş restoranlarda əlavə endirimlərdən də yararlana bilirlər.
Qeyd edək ki, yeni Bolt Plus istifadəçiləri üçün ilk ay pulsuz təqdim olunur, bundan sonra aylıq abunə haqqı 4,99 AZN, illik abunə haqqı isə 39 AZN təşkil edir.
Bolt-un taksi xidmətləri Azərbaycanda 41 şəhərdə mövcuddur. Bolt Food ölkəmizin 10 şəhərdə fəaliyyət göstərir. Bolt Plus üzvlüyü Bolt xidmətlərinin mövcud olduğu bütün ərazilərdə keçərlidir.

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

Son xəbərlər

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Bütün xəbərlər