La Liqada aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib. DogruXeber.tv xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşısı "Barselona"nın hücumçusu Lamin Yamal seçilib. Aprel ayında Yamal 3 oyunda iştirak edərək 2 qol vurub və 2 məhsuldar ötürmə edib.