idman
6.04.2019
Messi ən yaxşı futbolçu seçildi

Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.
31 yaşlı ulduz futbolçu ötən ay ərzində iştirak etdiyi 5 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 39 oyunda 42 qol vurub. O, həmçinin 21 məhsuldar ötürmə ilə yadda qalıb.


