gundem / hadise
25.04.2026, 12:45
“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ
Şəkidə idarəetmədən çıxan maşın ağaca çırpılıb.
DogruXeber.tv xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markakı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.//unikal


