hadise
11.06.2018
Qaradağda qəza baş verib, 2 nəfər xəsarət alıb

Bakı şəhəri, Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv-iın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Opel” markalı minik avtomobili dirəyə çırpılıb.
Qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə gələn Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


