Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Böyük Səhrada aşkar edilən nadir meteorit təxminən 4,5 milyard il əvvəl Günəş sisteminin yaranma dövrünə dair mühüm sirri üzə çıxarıb.

DogruXeber.tv-nin məlumatına görə, alimlər bildirirlər ki, bu kosmik qaya milyardlarla il əvvəl mövcud olmuş, lakin sonradan tamamilə yoxa çıxmış ay və ya Mars ölçüsündə qədim bir planetin ilk qəti sübutunu təqdim edir.

Təxminən yarım kiloqram ağırlığında olan və “NWA 12774” adı verilən meteoritin tədqiqi göstərib ki, onun mənşəyi Günəş sisteminin formalaşmasından cəmi bir neçə milyon il sonraya təsadüf edir. Araşdırma nəticələri həmin dövrdə mövcud olmuş bəzi səma cisimlərinin planetlərin təkamülündə indiyədək məlum olmayan fərqli inkişaf yolu keçdiyini ortaya qoyub.

Meteorit “angrit” adlanan son dərəcə nadir qrupun nümayəndəsidir. Bugünədək dünyada 80 mindən çox meteorit qeydə alınsa da, onların arasında cəmi 68 angrit nümunəsi aşkar edilib. Bu daşlar Günəş sisteminin ən qədim vulkanik süxurları hesab olunur.

Tədqiqatçılar meteoritin tərkibində alüminiumla zəngin kristallar aşkar ediblər. Aparılan analizlər bu kristalların yalnız çox yüksək təzyiq şəraitində formalaşa biləcəyini göstərib. Laboratoriya simulyasiyalarına əsasən, həmin mineralların yaranması üçün Yer kürəsinin ən dərin nöqtəsi olan Marian çökəkliyindəki təzyiqdən 17 dəfə artıq təzyiq tələb olunur.

Alimlər qeyd edirlər ki, belə şərait kiçik asteroidlərdə yarana bilməz. Bu isə meteoritin daha böyük bir səma cisminin parçası olduğunu göstərir. Hesablamalara görə, həmin cismin ölçüləri ən azı Ay qədər, hətta Mars ölçüsündə ola bilərdi.

Bildirilir ki, sözügedən qədim planet Günəş sisteminin ilk dövrlərində baş verən güclü toqquşmalar nəticəsində məhv olub. Onun qalıqları isə zamanla digər qayalı planetlərin, o cümlədən Yerin formalaşmasında rol oynayıb.

Tədqiqat müəllifləri vurğulayırlar ki, dünyanın müxtəlif laboratoriyalarında araşdırılmağı gözləyən çoxsaylı meteorit nümunələri mövcuddur. Gələcək tədqiqatlar Günəş sisteminin erkən tarixində mövcud olmuş digər itmiş protoplanetlərin də aşkarlanmasına imkan yarada bilər./qafqazinfo.az

Son xəbərlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Bütün xəbərlər