gundem / siyaset / dunya
4.06.2026
Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır
Ermənistan müdafiə naziri Suren Papikyan Rusiyadan ölkəyə gələn vətəndaşların hərbi təlimlərə cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DogruXeber.tv xəbər verir ki, Papikyan deyib ki, əgər Rusiya və digər ölkələrdən gələn Ermənistan vətəndaşı hərbi xidmətə çağırılırsa, bu, onun dövlət qarşısında vətəndaşlıq borcu ilə bağlıdır. Nazir jurnalistin bunun yalnız Rusiyadan gələnlərə aid olub-olmaması sualına cavab olaraq bildirib ki, bu yanaşma təkcə Rusiyadan deyil, Fransa, ABŞ və digər ölkələrdən gələn vətəndaşlara da şamil olunur.
Bununla yanaşı, Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanın verdiyi açıqlamada Rusiyadan qayıdan bəzi Ermənistan vətəndaşlarının 25 günlük hərbi təlim düşərgələrinə çağırılacağı, imtina edənlərin isə cinayət məsuliyyəti ilə üzləşə biləcəyi bildirilmişdi.
Sosial şəbəkələrdə yayılan məlumatlarda hava limanlarında və sərhəd-keçid məntəqələrində hərbi polis əməkdaşlarının çağırış yaşına çatmış insanlara çağırış vərəqələri təqdim etdiyi iddia olunur./bizimesr.com



