Tarixdə ilk trilyonçu ola bilər

“SpaceX” tarixdə ən böyük ilkin kütləvi səhm təklifi (IPO) üçün hazırlıqlara başlayıb. Şirkətin planlaşdırdığı 75 milyard dollarlıq IPO uğurla baş tutarsa, “SpaceX”in dəyəri 1,7 trilyon dolları keçə və təsisçisi İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşa bilər.

DogruXeber.tv xəbər verir ki, “SpaceX” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) IPO ilə bağlı sənədlər təqdim edib.

Şirkət səhm başına 135 dollar qiymətlə təxminən 555 milyon səhm satışa çıxarmağı və bu yolla 75 milyard dollar vəsait toplamağı hədəfləyir.

Plan gerçəkləşərsə, bu, 2019-cu ildə həyata keçirilən və 29,4 milyard dollar həcmində olan “Saudi Aramco” IPO-sunu geridə qoyaraq tarixdə ən böyük IPO kimi qeydə alınacaq.

IPO-dan sonra “SpaceX”in bazar dəyəri təxminən 1,77 trilyon dollara yüksələ bilər. Şirkətin əsas səhmdarı olan İlon Maskın payının dəyəri isə yüz milyardlarla dollar artacaq.

Bildirilir ki, Maskın “SpaceX” və “Tesla”dakı paylarının ümumi dəyəri 1 trilyon dolları keçərsə, o, tarixdə ilk trilyonçu statusunu qazanan şəxs olacaq./qafqazinfo.az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər