gundem / hadise / dunya
4.06.2026
Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır
21 yaşlı Ruslan iki həftə əvvəl Orehovski şəlaləsinə gedəcəyini və ertəsi gün geri qayıdacağını bildirərək evdən çıxsa da, ondan hələ də heç bir xəbər alınmayıb.
DogruXeber.tv "32gun.az"-a istinadən xəbər verir ki, Təyin olunmuş vaxtda geri dönməyən və zənglərə cavab verməyən gəncin başına nə gəldiyi barədə heç bir məlumat yoxdur. Yaxınlarının ehtimalına görə, o, şəlaləni ziyarət etdikdən sonra gəzintisinə davam edə bilərdi. Hazırda gəncin tapılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və könüllülərin iştirakı ilə genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, həmçinin çətin keçilən ərazilərin yoxlanılması üçün prosesə helikopterlər də cəlb olunub. Qeyd edək ki, analoji hadisə bir müddət əvvəl Krımda da yaşanmış, universitetə sənəd dalınca getdiyini deyən bir tələbə qəfildən yoxa çıxmışdı.



