sosial
13.07.2018
20 yaşlı gəncin meyiti dənizdən çıxarıldı

1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlu Xəzər dənizinin Sabunçu rayonu hissəsində batıb.
“dogruxeber.tv” FHN-ə istinadən xəbər verir ki, gənc oğlanın cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.
C.Məmmədovun cansız bədəni aidiyyəti üzrə təhvil verilib.


