hadise
27.03.2018
Azərbaycanda azyaşlı qız faciəvi şəkildə öldü

Gəncə şəhəri, Nizami rayonu ərazisindəki su kanalında batan 5 yaşlı qızın meyiti tapılıb.
Selcan Ağayevanın meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Gəncə şəhəri, Nizami rayonu ərazisindəki su kanalında 5 yaşlı qız batıb.
Ağayeva Selcana məxsus mobil telefonun kanalda aşkarlanması səbəbindən onun batdığı ehtimal edilir.
Onun nitq qüsurlu olduğu bildirilir. S.Ağayevanın ailəsi ilə birlikdə Nizami rayonuna qonaq gəldiyi bildirilir.
FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az


