Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

"Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub və bu barədə çox sual gəlir ki, vətəndaşın kartından əlavə pul tutulacaq? Xeyr, istehlakçının kartından ayrıca yeni komissiya tutulmur".

DogruXeber.tv xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər:

"Məsələn, Əhməd dayı marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Əhməd dayı üçün 100 manat elə 100 olaraq qalacaq. Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib.

Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı. İstehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür. Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir".

İqtisadçı bildirib ki, yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür: "Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi. Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək"./unikal.az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər