Avtobuslarda da bank kartları ilə ödəniş ediləcək – RƏSMİ

Bu gündən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

"DogruXeber.tv" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.

Bildirilib ki, yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.

Xatırladaq ki, layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

Bütün xəbərlər