Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
DogruXeber.tv xəbər verir ki, 17.06.2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında Xətai rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə "17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü" münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctima-siyasi və Humanitar məsələlər sektorunun müdiri Pənah İmanov çıxış edərək ölkəmizdə səhiyyə sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir və vətəndaşların sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin əsasını qoyduğu səhiyyə siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin bütün bölgələrində müasir tibb müəssisələri yaradılır, mövcud səhiyyə ocaqları yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilir.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitlərin artırılması tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradır.
Çıxışlarda COVID-19 pandemiyası dövründə Azərbaycan səhiyyəsinin uğurlu fəaliyyəti, həmçinin Vətən müharibəsi zamanı tibb işçilərinin göstərdikləri fədakarlıq xüsusi vurğulanıb.
Sonda rayon ərazisində fəaliyyət göstərən bir qrup səhiyyə işçisinə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər