Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Aprelin 1-də təsdiqlənən və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanma mexanizminə dair dəyişikliklər iyunun 16-dan etibarən qüvvəyə minib.
DogruXeber.tv xəbər verir ki, yeni qaydalara görə əvvəllər istifadə olunan avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) ləğv edilərək onun yerinə nəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal (AVSƏ) tətbiq olunacaq. Eyni zamanda, Bonus-Malus sistemi də sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz edilib.

Beləliklə, bundan sonra icbari avtomobil sığortasının dəyəri hesablanarkən sürücünün və ya sahibin sığorta tarixçəsi əsas göstəricilərdən biri olacaq. Yeni qaydalara əsasən, sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən edilə bilər.

Bu əmsal hər bir şəxs üçün fərdi qaydada formalaşdırılacaq və onun əvvəlki sığorta fəaliyyəti, qəza tarixçəsi, eləcə də tətbiq olunan güzəşt və əlavələr nəzərə alınacaq. Fiziki şəxslər üçün avtomobilin bir neçə sahibi olduğu halda, hesablamada ən yüksək sığorta tarixçəsi əmsalına malik şəxsin göstəricisi əsas götürüləcək.

Bundan başqa, avtomobil satılmadığı təqdirdə, müqavilə bağlanmazdan əvvəlki son bir ay ərzində həmin nəqliyyat vasitəsinə sahib olmuş şəxslər də əmsalın hesablanmasında nəzərə alınacaq.

Hüquqi şəxslərə məxsus avtomobillər üçün isə, əgər nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə olunmursa, sığorta tarixçəsi əmsalı sabit olaraq 1 qəbul ediləcək və ona əlavə güzəşt və ya artırma tətbiq olunmayacaq.

Yeni sistemdə ilk dəfə icbari sığorta müqaviləsi bağlayan şəxslər, eləcə də sığorta hadisəsi ilə bağlı mənfi tarixçəsi olmayan sürücülər üçün başlanğıc əmsal 1 olaraq müəyyənləşdirilib.

Qaydalara əsasən, əgər sürücü uzun müddət qəzasız fəaliyyət göstərərsə və son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olarsa, hər dəfə sığorta tarixçəsi əmsalına 5 faiz endirim tətbiq ediləcək.

Əksinə, sürücünün təqsiri ilə baş vermiş və sığorta ödənişi aparılmış hər bir hadisə üzrə əmsal 30 faiz artırılacaq. Bu artım şəxsin həmin vaxt sığortalı olub-olmamasından asılı olmayaraq nəzərə alınacaq. Taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün də hər sığorta hadisəsinə görə eyni həcmdə 30 faiz əlavə tətbiq ediləcək.

Xatırladaq ki, sığorta tarixçəsi anlayışı şəxsin bağladığı sığorta müqavilələri və onun təqsiri ilə baş vermiş, sığorta hadisəsi kimi qeydə alınan hallarla bağlı məlumatların məcmusunu əhatə edir. Sığorta tarixçəsi əmsalı isə həmin məlumatlar əsasında müəyyənləşdirilən və sığorta haqqının hesablanmasında istifadə olunan göstəricidir. Qiymətləndirmə subyektləri dedikdə isə nəqliyyat vasitələrinin aid olduğu qiymətləndirmə qrupları üzrə sığorta tarixçəsinə uyğun olaraq onlara güzəşt və ya əlavə tətbiq edilən şəxslər nəzərdə tutulur./milli.az

Son xəbərlər

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Bütün xəbərlər