Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Ginnesin Rekordlar Kitabı tərəfindən "Dünyanın ən təhlükəli ağacı" elan edilən manşinel ağacı (Hippomane mancinella) Florida və Karib dənizi sahillərində yetişir. İlk baxışdan adi bir meyvə ağacını xatırladan bu növ, tərkibindəki güclü toksinlərə (zəhərlərə) görə dünyanın ən riskli bitkilərindən biri hesab olunur.
DogruXeber.tv xəbər verir ki, ağacın gövdəsi və budaqlarından ayrılan süd rəngli şirə dəri ilə təmasda olduqda yanıq bənzəri qabarcıqların yaranmasına və ciddi qıcıqlanmaya səbəb olur. Mütəxəssislər xəbərdarlıq edir ki, yağış yağarkən bu ağacın altında daldalanmaq belə böyük risk daşıyır. Çünki yağış damcıları ağacın şirəsindəki toksik maddələri özü ilə daşıyaraq dəridə kimyəvi yanıqlara yol aça bilir. Ağacın odununu yandırdıqda isə ortaya çıxan tüstü gözlərdə şiddətli qıcıqlanmaya və müvəqqəti görmə itkisinə (korluğa) səbəb olur.


"Ölüm alması" olaraq tanınır

Manşinel ağacının meyvəsi görünüşcə kiçik bir almanı xatırladır. Bu səbəbdən yerli əhali arasında ona "ölüm alması" da deyilir. Meyvənin yeyilməsi ağız və boğazda şiddətli yanma hissi, udqunma çətinliyi, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır. Bu təhlükəyə görə ağacların bitdiyi ərazilərdə onların gövdələrinə adətən xüsusi xəbərdarlıq nişanları yerləşdirilir.


Ən çox Karib hövzəsi və Floridada yayılıb

Manşinel ağacı əsasən Floridanın cənub sahillərində və Karib adalarında, həmçinin Baham adaları, Meksika, Beliz, Honduras, Kosta-Rika, Panama, Kolumbiya və Venesuelanın bəzi sahilyanı bölgələrində təbii olaraq bitir. Adətən dəniz kənarlarında və manqrov meşələrinin yaxınlığında görünən bu növ, duzlu mühitə dözümlülüyü sayəsində sahil zolağında rahatlıqla inkişaf edə bilir.


Bütün təhlükələrinə baxmayaraq, manşinel ağacı sahilyanı ekosistem üçün mühüm rol oynayır:


Torpaq yuyulmasının qarşısını alır: Güclü kök sistemi sayəsində sahil eroziyasını azaldır.


Təbii sipər yaradır: Sahil zolağında güclü küləklərin qarşısını kəsən bir sədd rolunu oynayır.


Florida ştatında qorunan növlər siyahısına daxil edilən manşinel ağacı, mütəxəssislər tərəfindən yaxınlaşılması təhlükəli, lakin təbii yaşam üçün böyük əhəmiyyətə malik bitkilərdən biri kimi qiymətləndirilir./32gun.az

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər