gundem / hadise
16.06.2026
1 yaşlı uşaq qızdırmadan öldü
Şəmkirdə azyaşlı qızdırmadan ölüb.
DogruXeber.tv xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2025-ci il təvəllüdlü Mehdi Sənan oğlu Əzimov 5 gün davam edən yüksək hərarətdən sonra xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.



