“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” adlı genişmiqyaslı layihənin icrasına başlanılır.

DogruXeber.tv bildirir ki, İctimai Birlikdən "AZƏRTAC"-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin rəqəmsal savadlılıq, media savadlılığı, kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması və rəqəmsal etika sahəsində bilik və bacarıqlarının artırılması, eyni zamanda, bu istiqamətdə regionlarda fəaliyyət göstərə biləcək təlimçi və gənc liderlərin hazırlanmasıdır.

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarından, seçiləcək 25 gənc üçün Bakıda təlim düşərgəsi təşkil olunacaq. Təlim proqramı zamanı iştirakçılar rəqəmsal təhlükələr, saxta xəbərlərin müəyyən olunması, xüsusilə süni zəka əsaslı manipulyativ məlumatların tanınması, şəxsi məlumatların mühafizəsi, etik onlayn davranış və rəqəmsal kommunikasiya mövzularında həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Layihənin davamlılıq mərhələsində isə iştirakçıların öz regionlarında təlimlər, seminarlar və maarifləndirmə tədbirləri həyata keçirməsi nəzərdə tutulur. Bununla yanaşı, sosial media üzərindən həyata keçiriləcək #RəqəmsalKimlik kampaniyası vasitəsilə minlərlə gəncin rəqəmsal təhlükəsizlik və media savadlılığı sahəsində məlumatlandırılması planlaşdırılır.

Layihə çərçivəsində rəqəmsal savadlılıq üzrə onlayn təlim modulları, maarifləndirici video materiallar və müxtəlif rəqəmsal resurslar hazırlanacaq. Proqramın əsas hədəflərindən biri regionlarda rəqəmsal savadlılıq üzrə aktiv gənclər şəbəkəsinin formalaşdırılması və gənclərin rəqəmsal transformasiya proseslərində iştirakının təşviq edilməsidir.

Layihənin icrası zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Gənclər Evləri, yerli QHT-lər və təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının “Rəqəmsal İnkişaf Konsepsiyası 2025-2027” sənədində müəyyən edilmiş rəqəmsal maarifləndirmə və rəqəmsal kadr potensialının gücləndirilməsi istiqamətlərinə uyğun olaraq həyata keçirilir.

Son xəbərlər

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Bütün xəbərlər