gundem / Təhsil
16.06.2026
Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilir.
DogruXeber.tv xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qeyd edilib ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.
Sənəddə həmçinin, təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.
Bildirilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.



