bolge
31.05.2018
Şəmkirdə 17 yaşlı oğlanı maşın vurdu

Şəmkirdə avtomobil piyadanı vurub.
"dogruxeber.tv"in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Vəliyev Rəşad Qəzənfər oğlunu avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 17 yaşlı gənc əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə Gəncə şəhərindəki tibbi ocaqlarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.


