hadise
15.04.2018
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın kimliyi bəlli olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu Şirvan sakini, 1966-cı il təvəllüdlü Vəliyev Camal Gülasət oğludur.
**** 01.01
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə 00.30 radələrində Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti müəyyən olunmayan təxminən 40-45 yaşlı kişini vuraraq hadisə yerindən uzaqlaşıb. Meyit Şirvan morquna yerləşdirilib.
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa


