Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

2026-2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir.

DogruXeber.tv bildirir ki, bu barədə "apa"-ya MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir:

"Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş və hədəfli tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bu çərçivədə xüsusi tədris planlarının hazırlanması, ali təhsil müəssisələrinə qəbul tələblərinə uyğun, fənlər üzrə dərinləşdirilmiş proqramların təşkili həyata keçirilir. Cari tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib, X siniflər üzrə 1178 nəfər, XI siniflər üzrə isə 406 nəfər olmaqla ümumilikdə 1584 şagird təhsil alır və bu prosesə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb edilib. Layihə çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin keyfiyyət göstəriciləri mütəmadi olaraq monitorinq edilir. 2025–2026-cı tədris ilinin sentyabr–dekabr aylarını əhatə edən dövr üzrə aparılmış təhlillər göstərir ki, şagirdlərin orta aylıq davamiyyət faizi əksər məktəblərdə 95–100 faiz intervalında dəyişib. Bununla yanaşı yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış imtahanındakı nəticələrinin təhlili onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı mütəmadi olaraq üstələyib. 100 baldan aşağı nəticə göstəriciləri bütün müəssisələrdə minimuma endirilib. Əldə edilən müsbət nəticələr nəzərə alınaraq bu model üzrə fəaliyyət göstərən məktəblərin şəbəkəsinin mərhələli şəkildə genişləndirilərək 100 məktəbə çatdırılması məqsədəuyğun hesab olunur. Yeni təmayül tədris modeli üzrə təhsil almaq istəyənlər regional təhsil idarələrinə müraciət edərək ətraflı məlumat əldə edə bilərlər".

Son xəbərlər

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Bütün xəbərlər