“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

5 İyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin “Sıfır Tullantı” həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və “Kapital Bank”ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Mingəçevir şəhərinin sahil zolağında baş tutan aksiya zamanı ümumilikdə 1346 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Sahilyanı ərazilərin təmizlənməsi təşəbbüsünə bankın Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir filial şəbəkələrindən 24 əməkdaş könüllü olaraq qoşulub.

Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkmək, eyni zamanda sahilyanı ərazilərin ekoloji vəziyyəti ilə bağlı ictimai həssaslığı artırmaqdır.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində Qırmızı Ürəklər Fondu və “Kapital Bank” tərəfindən başladılan “Sıfır Tullantı” həmrəylik marafonu artıq davamlı ekoloji təşəbbüsə çevrilib. O qeyd edib ki, layihə ekoloji maarifləndirmənin gücləndirilməsinə, məsuliyyətli davranışın təşviqinə və vətəndaşların təbiətin mühafizəsində daha fəal iştirakına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, marafon çərçivəsində sahilyanı, dağlıq və meşə ərazilərində təmizlik aksiyalarının həyata keçirilməsi, tullantılarla bağlı maarifləndirmənin artırılması və davamlı həyat tərzinin təşviqi nəzərdə tutulur. 2026-cı ildə təşəbbüsün müxtəlif bölgələrdə davam etdirilməsi planlaşdırılır.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir./qafqazinfo.az

Son xəbərlər

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Bütün xəbərlər