“AzerGold” QSC və «Regional İnkişaf» İctimai Birliyinin  təşkilatçılığı ilə ekoloji aksiya keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və «Regional İnkişaf» İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə sayğı, gələcəyə qayğı” devizi altında ekoloji aksiya keçirilib.
Daşkəsən şəhərində təşkil edilən aksiyada Cəmiyyətin əməkdaşları, RİİB-nin könüllüləri və məktəblilər iştirak ediblər. Aksiya çərçivəsində Daşkəsən şəhərinin parklarındakı ağaclara quş yuvaları və yem qabları asılıb, yemliklərə dən tökülüb. Bununla yanaşı, “Daşkəsən” dəmir filizi sahəsi, eləcə də şəhərin yaşıllıq sahələrində şam ağacları əkilib. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, quş yuvaları, peşə təhsili müəssisələri ilə əməkdaşlıq layihəsi çərçivəsində “AzerGold” QSC-nin sifarişi əsasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri tərəfindən hazırlanıb.
Aksiyanın əsas məqsədi ətraf mühitin qorunması, zərərverici həşəratlarla mübarizədə mühüm rol oynayan quş növlərinin sayının artırılması, həm də məktəblilərə ətraf mühitə sevgi və qayğı hisslərinin aşılanmasına dəstək xarakteri daşıyır.
Cəmiyyət tərəfindən ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində “Çovdar” mədəninin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox fidan mədən ərazisində aqrotexniki qaydalara uyğun olaraq yetişdirilir.

Son xəbərlər

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bütün xəbərlər