DogruXeber.tv metbuat.az-a istinadən xəbər verir ki, Şüvəlan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev qəsəbənin ərazisində dənizdə çimərkən boğulub.
Ş.Əliyevin meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.