gundem / Cəmiyyət
12.06.2026
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

Rusiyanın Leninqrad vilayətinin Kinqisepp rayonunda baş verən partlayış zamanı üç nəfər ölüb.
DogruXeber.tv xəbər verir ki, bu barədə "REN TV"nin mənbəsi məlumat yayıb.
İlkin səbəblərə görə, boru kəmərinin sınağı zamanı hermetiklik pozulub, bundan sonra partlayış baş verib.
Səkkiz nəfər xəsarət alıb, onlardan üçü həlak olub.


