dunya
27.04.2018, 08:52
ABŞ-da neft emalı zavodunda partlayış nəticəsində 20 nəfər xəsarət alıb

ABŞ-ın Viskonsin ştatında yerləşən neft emalı zavodunda partlayış nəticəsində 20 nəfər xəsarət alıb. dogruxeber.tv-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra hadisə yerində güclü yanğın baş verib. İşçilər müəssisədən təxliyə edilib. Xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım hadisə yerində göstərilib.
Hadisə yerindən bir mil radiusunda əhalinin evakuasiyası elan edilib


