dunya
8.04.2018
Restoranda qaz balonu partladı: 15 nəfər xəsarət aldı

İsveçrənin Cenevrə şəhərindəki restoranlardan birində qaz balonunun partlaması nəticəsində 15 nəfər xəsarət alıb
Hadisə şənbə günü günorta saat 12 radələrində baş verib. Xəsarət alanlar restoran müştəriləri və əməkdaşları olublar. Partlayışın gücündən binanın şüşələri qırılıb.
Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində tibbi yardım göstərilib.
Partlayışın səbəbləri araşdırılır.


