gundem / hadise
14.07.2026
Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DogruXeber.tv Lent.az-a istinadla xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


