hadise
14.11.2020
Tərtərdə 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, rayonun Dördyol-1 qəsəbəsi ərazisində Ağdam rayon sakinləri X. İsrafilzadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla E. Qarayevin idarə etdiyi “Mercedes” və Bərdə rayon sakini Tahir Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Qəza nəticəsində, T. Cəfərov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X. İsrafilzadə isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


