"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

İtaliyada qadın və kişilər üçün ayrı hissələrdən ibarət çimərlikdə baş verən insident müzakirələrə səbəb olub.

Triest şəhərində yerləşən və yerli sakinlərin "Pedoçin" adlandırdığı "Banyo-Marino-La-Lanterna" çimərliyində Milan şəhərindən gələn turist qadın mövcud qaydalara məhəl qoymayaraq sevgilisi ilə birlikdə kişilər üçün nəzərdə tutulmuş hissədə istirahət edib.

Buna etiraz edən yerli sakinlərlə mübahisə edən qadın çimərliyin qaydalarını sərt tənqid edərək onların "Orta əsrlərdə yaşadıqlarını" bildirib. Hadisə qısa zamanda gərginləşərək qalmaqala çevrilib.

Qeyd edək ki, Adriatik dənizi sahilində yerləşən bu çimərlik Avropada qadın və kişilərin ayrı-ayrı çimdiyi son rəsmi çimərlik hesab olunur. Sahə beton divarla iki hissəyə bölünüb. Bir tərəfdə qadınlar və uşaqlar, digər tərəfdə isə kişilər istirahət edirlər.

Məlumata görə, turist qadın ona irad bildirən yerli sakinlə mübahisə zamanı təhqiramiz ifadələr işlədib. Sonradan ərazi əməkdaşlarının müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb və cütlük çimərlikdən uzaqlaşdırılıb.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi turistlərin yerli qaydalara və uzun illərdir qorunan ənənələrə hörmətlə yanaşmalı olduqlarını bildirib.

Yüz ildən artıq tarixə malik olan "Pedoçin" çimərliyi bu gün də Triest sakinləri tərəfindən şəhərin fərqli simvollarından biri kimi qorunub saxlanılır./musavat.com

Son xəbərlər

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Bütün xəbərlər