hadise
16.02.2018
Əri ilə mübahisə edən qadın özünü yandırdı — Təfərrüat

Ötən gün 1984-cü il təvəllüdlü Alışova Şəbnəm Alış qızı özünü yandırıb.
34 yaşlı qadın yaşadığı Yasamal rayonu, Abbas Mirzə Şəridzadə küçəsindəki mənzilində üzərinə benzin tökərək özünü yandırıb. Yanan qadın Respublika Yanıq Mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Şöhrət Məmmədovun verdiyi məlumata görə, qadının bədəninin 85 faizi yanıb, vəziyyəti çox ağırdır.
İlkin araşdırmalar zamanı məlum olub ki, qadın, həyat yoldaşı Tağıyev Vuqar Hüseynağa oğlu ilə mübahisə edib və bu səbəbdən də özünü yandırmağa qərar verib./sonxeber.az


