hadise
15.02.2018
Bakıda qadın üzərinə benzin töküb özünü yandırmaq istədi

Bakıda gənc qadın intihara cəhd edib.
Bu barədə Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Fevralın 14-də saat 13:50-də Şüvəlan qəsəbəsində 1971-ci il təvəllüdlü Qafarova Mətanət Surxay qızı üstünə benzin tökərək özünü yandırmaq istəyib.
Qafarovanın intihara cəhd etməsinin səbəbləri məlum deyil.
Maraqlıdır ki, məhz elə bu vaxt qadının evində Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları olub. Onlar qadının həyatını xilas ediblər.
Faktla bağlı araşdırma aparılır./Oxu.Az-


