Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

“Zaxarovanın “Gürcü Arzusu”nu tərifləməsi və Putinin Ermənistanı hədələməsi Gürcüstan üçün çox təhlükəlidir. Məsələ ondadır ki, Moskva bundan əvvəl Qazaxıstan neftinin Rusiya neft kəməri ilə Avropaya daşınmasını dayandırıb. Ruslar həmçinin Novorossiysk limanındakı Qazaxıstan terminalını da bağlamağa hazırlaşırlar. Beləliklə, daşınma üçün yeganə yol (əgər İranda mövcud rejim qalarsa) Gürcüstan olacaq”.

DogruXeber.tv xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“İndi isə Rusiya Ermənistana qoşun yeritməklə hədələyir, bu, ancaq Gürcüstan ərazisindən keçməklə mümkündür. Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gəlsə, mütləq Gürcüstanı da işğal edəcək. İvanişvili bunun üçün hər şeyi edib: ordunu son həddə qədər zəiflədib, təkcə orduda deyil, əhalinin böyük hissəsində də döyüş ruhunu öldürüb. O, Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları “millətçi hərəkatçıların kompromat və silah saxladıqları yerlər” adlandırıb. Həm Mtsxeti, həm də Ermənistan istiqamətində Tbilisinin müdafiə xəttini ləğv edib”, - o bildirib.

Saakaşvilinin sözlərinə görə, bu böyük geosiyasi oyunda Moskva İvanişvilinin onun qarşısında necə xidmət göstərdiyini xatırlamayacaq:

“Əgər Paşinyan seçkilərdə qalib gəlsə (bunu çox istəyirəm), Rusiya dərhal B planına keçəcək. Mənim 2007-ci ildə onun Gürcüstandakı planlarını pozub prezident seçkiləri təyin etdiyim və qazandığım vaxt olduğu kimi.

İndi isə ssenari belə olacaq: bu il ərzində Ermənistanda iğtişaşlar baş verəcək. Azərbaycan rus qoşunlarının keçməsinə icazə verməyəcək. Rusiya İvanişvilidən qoşunların keçidinə razılıq istəyəcək, əlbəttə, o da razılaşacaq. Xalqa isə bunun onlara aid olmadığı deyiləcək. Ermənistanın işğalından sonra isə Rusiya Gürcüstanı da tam nəzarətə götürəcək və müvəqqəti olaraq İvanişvilini lider kimi saxlayacaq. Amma ölkənin bütün sahələrini özünə tabe etdirəcək, işğal olunmuş ərazilərin tanınmasına nail olacaq və Rusiya üçün arzuolunmaz hesab etdiyi şəxsləri kütləvi şəkildə məhv edəcək.

Buna görə də hamımız Ukraynanın güclənməsinə ümid bağlamalıyıq. Bu, həm bizim, həm də ermənilərin xilasının yeganə yoludur. Mən bu proqnozumun gerçəkləşməsini istəmirəm. Onun qarşısını ala biləcək yeganə amil Ukraynanın aktiv hərbi əməliyyatları və Rusiya hərbi maşınının nəhayət ciddi şəkildə sarsıdılmasıdır. Mən də məhz buna ümid edirəm”./teleqraf

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər