Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır













Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır.

dogruxeber.tv “Kommersant”-a istinadən məlumatına görə, bunu Rusiya hökumətindəki mənbə bildirib.

“Əslində, sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanısın”, - nəşrin həmsöhbəti deyib.

Mənbənin sözlərinə əsasən, müqavilənin əsas məğzi ondan ibarətdir ki, 2008-ci ildən sonra “Gürcüstanın yeni gömrük sərhədləri çəkilib”. Tbilisidə buna belə baxış bucağından baxmağı qəbul etmirlər.

“Siyasi debatlara daxil olmuruq və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır”, - Rusiya ilə münasibətlər üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

Gürcüstanla Rusiya arasında ikisinin sözügedən ərazilərdən keçdiyi üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş 2011-ci ildən hazırlanırdı. Eyni zamanda, sənəd sərt şəkildə yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir və dəhlizlərin avtomatik açılmasını ehtiva etmir.

Yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin “Societe Generale de Surveillance” (SGS) şirkəti məşğul olacaq. Əvvəlcədən hər iki tərəf inadla Abxaziya və Cənubi Osetiyanın qanuni şəkildə təsbit edilmiş statusunun əks olunmasına çalışırdı: Rusiyada bu ərazilər müstəqil, Gürcüstanda isə Rusiya tərəfindən işğal edilmiş hesab olunur. Lakin nəticədə, bu maddə sazişə daxil edilmədi.

Xatrladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş beşgünlük müharibədən sonra RF-in o vaxtkı prezidenti Dmitri Medvedev Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin Rusiya tərəfindən tanınması haqqında fərman imzalamışdı. Öz növbəsində, Gürcüstan həmin ərazilərin Rusiya tərəfindən işğal edildiyini bildirir. (Virtualaz.org)

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər