Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Qərb ölkələrinin Asiyada NATO-ya bənzər yeni hərbi alyans yaratmaq təşəbbüsü region üçün ciddi təhlükə yarada bilər.

DogruXeber.tv xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Arctic.ru" portalına müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, bu təşəbbüs əsasən ABŞ və bəzi Avropa ölkələri tərəfindən irəli sürülür. Hətta alyans üçün artıq "Hind-Sakit Okean Müqaviləsi Təşkilatı" adı da təklif olunub.

Rudenko bildirib ki, belə bir blokun yaradılması Asiya üçün yaxşı heç nə vəd etmir.

"Yuqoslaviya, İraq və Liviyadakı NATO-nun tarixi irsi hər kəsə məlumdur. İndi isə Ukraynanı bıçaq altına veriblər", - deyə o vurğulayıb.

Rusiya rəsmisi hesab edir ki, Asiyada NATO tipli hərbi blokun formalaşdırılması regionda gərginliyi daha da artıracaq.

Qeyd edək ki, NATO son dövrlər Ukrayna ilə əməkdaşlığını genişləndirir. Bu yaxınlarda alyans rəhbərliyi Ukrayna Hərbi Dəniz Qüvvələrinə NATO-nun müəyyən qüvvələrinin idarə olunmasında iştirak etmək imkanı verib.//Adəm

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər